Qarabağdan qaçaraq, Ermənistana sığınan, lakin İrəvanda da başıqapazlı edilən separatçıların rəhbəri Samvel Şahramanyan yeni açıqlama verib. Tribunainfo.az xəbər verir ki, o, Qarabağdan necə çıxıdığı və Azərbaycan tərəfinin niyə onu həbs etmədiyi barədə suallara aydınlıq gətirməyə çalışıb.
O təsdiq edib ki, Qarabağdan helikopterlə qaçıb. “Qarabağdan çıxmağıma Azərbaycan tərəfinin mane olmamasının səbəbini bilmirəm. Azərbaycanda qəbul edilən qərarları da şərh edə bilmərəm. Qarabağın hərbi-siyasi rəhbərliyinin həbsi bağlı qərarları Bakı verib. Bilmirəm niyə mənim vaxtımda belə bir qərar verilməyib. Bunun cavabını zamanla alacağıq”.
Sahil