İtaliyanın Montesilvano şəhərində qız və oğlanlar arasında dünya birinciliyində son turun oyunları keçirilir.
Tribunainfo.az xəbər verir ki, 18 yaşlı qızlar arasında mübarizə aparan Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva 11 turda 9,5 xal toplamaqla dünya çempionu olub.
Qeyd edək ki, yarışda 94 ölkədən 1000-ə yaxın şahmatçı iştirak edir.
Xatırladaq ki, A. Allahverdiyeva 2019-cu ildə Bratislavada keçirilmiş Avropa çempionatında 9 oyundan 7,5 xal yığaraq ikinci dəfə 14 yaşlı qızlar arasında Avropa çempionu adını qazanıb.