Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası davam edir.
TİA.AZxəbər verir ki, bu gün həm kişi, həm də qadınlardan ibarət milli komandalarımız növbəti oyunlarını keçiriblər.
Kişilərdən ibarət yığmamız Filippinlə qarşılaşıb.
Yığmamız görüşdən 3:1 hesablı üstünlüklə ayrılıb. Belə ki, Qədir Hüseynov və Nicat Abbasov rəqiblərini məğlub edib, Rauf Məmmədovla Vasif Durarbəyli isə heç-heçəyə razılaşıb.
Komandamız ilk turda Əlcəzairi 4:0 hesabı ilə üstələmişdi.
II tur
Filippin – Azərbaycan – 1:3
Mark Paraqua – Rauf Məmmədov – 0,5:0,5
Rocerio Barcenilya – Qədir Hüseynov – 0:1
Con Pol Qomes – Vasif Durarbəyli – 0,5:0,5
Paulo Bersamina – Nicat Abbasov – 0:1
Qadınlardan ibarət yığmamız da Olimpiadadakı ikinci oyununu qələbə ilə yekunlaşdırıb.
Millimiz II turda Finlandiya seçməsindən güclü olub – 4:0
Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva bütün rəqiblərinə qalib gəlib.
Komandamız ilk turda da Birləşmiş Ərəb Əmirliklərini 4:0 hesabı ilə üstələmişdi.
II tur
Finlandiya – Azərbaycan – 0:4
Anastasiya Nazarova – Günay Məmmədzadə – 0:1
Yoanna Paasikanqas – Xanım Balacayeva – 0:1
Tanya Tuominen – Gülnar Məmmədova – 0:1
Sarabella Norlamo – Ülviyyə Fətəliyeva – 0:1
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.