Bir neçə gün əvvəl qan xərçəngindən vəfat edən Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə özəl videolarını paylaşıb.
Bir neçə gün əvvəl qan xərçəngindən vəfat edən Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə özəl videolarını paylaşıb.
TİA.AZ xəbər verir ki, rejissorun həyat yoldaşı dərdini, ağrı-acısını sosial şəbəkədə izləyiciləri ilə bölüşüb:
“Məni sənsiz, tək qoyub getdin. Getməyi heç istəmirdin, can yoldaşım, ömür yoldaşım… Qar yolları elə bağlamışdı ki… Bu video ürəyimi parçaladı. 2014-cü il, yeni ailə qurmuşduq. İndi sənsiz tək oturmuşam. Sən soyuğu heç sevmirdin, üşüyürdün. Yanan mən oldum, sən öldün. Canım Şahinim, nur içində yat. Rəhmət sözünü sevmirdin. Dünyanı dəyişib, əbədi dünyaya getdin. Söz verirəm, Seyid Əli arzu etdiyin kimi böyüyəcək. Səndə göylərdən görüb qürurlanacaqsan. Mən sənsiz nə edəcəm?”