Şahin Şıxlinski ilə bağlı QƏRAR VERİLƏCƏK

Şahin Şıxlinski ilə bağlı QƏRAR VERİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada istintaq orqanları Ural bölgəsindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski barəsində açılmış üç “cinayət işi” üzrə araşdırmanı başa çatdırıb. 

Tribuna.az xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, ona ömürlük həbs cəzası verilə bilər.

Şahin Şıxlinski ona qarşı irəli sürülən ittihamları tamamilə rədd edir.

Bundan əlavə, məlumat verilir ki, onun oğlu Mutvalı Şıxlinski hüquq-mühafizə orqanı əməkdaşına qarşı “zor tətbiqi”ndə ittiham olunur. Bu ittiham üzrə maksimum cəza 10 ilə qədər həbsdir. O da özünü təqsirli bilmir.

İstintaq yekunlaşıb və materiallar məhkəməyə göndərilib. Yaxın günlərdə məhkəmə prosesinin başlanacağı gözlənilir.

Musavat.com