“Gələn həftədən “Diqlad” ticarət mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlara pul ödəniləcək”.
TİA.AZ “Report”-a istinadən xəbər verir ki, bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
“Dövlət başçısının Ehtiyat Fondundan ilkin vəsait ayrılıb. Bu vəsait hesabına ödənişlərin həyata keçirilməsinə başlayacağıq”, – deyə nazir qeyd edib.
O, iş adamlarına dəymiş ziyanın necə müəyyənləşdiriləcəyi barədə də danışıb: “Vergi-gömrük orqanları vasitəsilə sahibkarlara dəymiş zərərin məbləği müəyyənləşdiriləcək”.
Bundan başqa, nazir əlavə edib ki, sahibkarlara illik 1%-lə güzəştli kreditlər verilə bilər.