Şahin Cəfərli: “NATO-NUN GENİŞLƏNMƏSİNİN YENİ MƏRHƏLƏSİ BAŞLADI”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monteneqro bu həftə rəsmən NATO-nun 29-cu üzvü oldu. Rusiya ötən ilin oktyabrında bu ölkədə dövlət çevrilişi təşkil edərək qərbyönlü qüvvələrin lideri olan Milo Cukanoviçi öldürməyə və prosesi dayandırmağa cəhd göstərdi, lakin alınmadı. 

Monteneqro bu həftə rəsmən NATO-nun 29-cu üzvü oldu. Rusiya ötən ilin oktyabrında bu ölkədə dövlət çevrilişi təşkil edərək qərbyönlü qüvvələrin lideri olan Milo Cukanoviçi öldürməyə və prosesi dayandırmağa cəhd göstərdi, lakin alınmadı.

TİA.AZ xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli öz facebook səhifəsində yazıb.
“Gələn il Makedoniyanın NATO-ya qəbulu gözlənilir. Bu ölkədə son parlament seçkilərindən sonra millətçi qüvvələr Rusiyanın köməyi ilə qərbyönlü hökumətin formalaşmasına imkan vermirdi. Seçkidə ikinci olan Sosial Demokrat İttifaqı kiçik alban partiyaları ilə ittifaq yaradaraq, çoxluq əldə etmişdi. Rusiyanın transmilli mediası (RT, Sputnik) təbliğat aparırdı ki, bu qüvvələr iqtidara gəlsələr, albanlar Makedoniyanı dağıdacaq və bölgədə “Böyük Albaniya”nın qurulmasına başlanacaq. Bu təbliğatın təsiri altında yerli millətçilər alban Tələt Cəfərinin parlamentə sədr seçildiyi gün içəri soxularaq, sosial-demokratların lideri Zoran Zayev başda olmaqla, bəzi deputatları döydülər. Lakin bütün bunlar nəticə vermədi və 6 aylıq siyasi böhrandan sonra Zoran Zayevin rəhbərliyi ilə yeni hökumət formalaşdı. Yeni hökumət hətta NATO-ya daxil olmaq üçün Yunanıstanın tələbini yerinə yetirərək ölkənin adını müvəqqəti dəyişməyə də hazırdır. Yəqin ki, ölkə “Keçmiş Yuqoslaviya Respublikası Makedoniya” adlanacaq.

Növbədə Bosniya-Herseqovinadır. Bu ölkənin də ittifaqa üzvlüyündən sonra Rusiyanın regiondakı əsas tərəfdaşı Serbiya dörd tərəfdən avroatlantik məkanla əhatələnəcək və onun da NATO-ya qoşulmaqdan başqa yolu qalmayacaq. Artıq Serbiya hökuməti öz ərazisini hərbi yüklərin daşınması üçün NATO-ya açıb. Serbiyanın Avropa Birliyinə daxil olmaq üçün Kosovonu tanıması ehtimalı da var. Bununla da, Rusiya Balkanlardan tamamilə çıxarılmış olacaq”.

İlahə