Şahin Bağırov yeni rəis təyin etdi (FOTO)

Şahin Bağırov yeni rəis təyin etdi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin (DGK) Hüquqi Təminat İdarəsinə yeni rəis təyin edilib.

Tribunainfo.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə gömrük xidməti mayoru Tural Məhərrəm oğlu Həsənli təyinat alıb. T.Həsənli 2024-cü ildən adıçəkilən idarə rəisi vəzifəsini icra edirdi.

Qeyd edək ki, DGK-nın Hüquqi Təminat İdarəsinin əvvəlki rəisi Sənan Muxtarov ötən il təqaüdə göndərilib. S.Muxtarov 32 il bu vəzifədə çalışıb.