“Sahil İnşaat 2020” MMC ilə bağlı nə qərar veriləcək? – Məhkəməbackend

“Sahil İnşaat 2020” MMC ilə bağlı nə qərar veriləcək? – Məhkəmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mülki binaların, sağlamlıq mərkəzlərinin, çoxmərtəbəli binaların tikintisini həyata keçirən “Sahil İnşaat 2020” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, yoxlama zamanı tikinti şirkətinin İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsini pozduğu məlum olub. Maddəyə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Tikinti şirkəti ilə bağlı iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. 27 sentyabr tarixində hakim Azər İsmayılovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, cərimələnən şirkətin inşa etdiyi binalardan mənzil alan sakinlər dəfələrlə mətbuata və aidiyyəti qurumlara aldadıldıqları barədə şikayət ediblər. Cərimələnən “Sahil İnşaat” MMC-nin təsisçisi və baş direktoru Mahir Cabbarovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar