Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı məhkəmədə növbəti iş qaldırılıb.
Tribunainfo.az xəbər verir ki, nazirliklə bağlı bu dəfə iddianı Məhərrəmov Hüseyn Musa oğlu qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisədir. Digər səbəblər isə açıqlanmır.
Nazirliklə bağlı iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilib. 15 noyabr tarixində hakim Miminat Hacıbəyovanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nazirliklər arasında ən çox məhkəməyə verilən qurumdur. Qarşıdakı 30 gün ərzində məhkəmələrdə sözügedən nazirliklə bağlı 90 prosesə baxılacaq.
Xatırladaq ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir. O, 2018-ci ildən bu vəzifəni icra edir.
Tərəfləri dinləməyə hazırıq.
Nigar