Sahil Babayevin nazirliyi cərimələnir – SƏBƏBbackend

Sahil Babayevin nazirliyi cərimələnir – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, nazirliyin İnzibati Xətalar Məcəlləsinin yol hərəkəti qaydaları əleyhinə olan 347-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Nazirliklə bağlı işə Yasamal rayon məhkəməsində baxılır. 30 oktyabr tarixində hakim Mirsadiq Seyidovun sədrliyi ilə proses keçiriləcək.

Qeyd edək ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən