SAHİL BABAYEVİN NAZİRLİYİ BU AY 352 MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ – PENSİYAÇILARLA…

SAHİL BABAYEVİN NAZİRLİYİ BU AY 352 MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ – PENSİYAÇILARLA…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə pensiya yaşına çatmış vətəndaşların başı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı ilə dərddədir.

Tribunainfo.az xəbər verir ki, mərkəzin illərdir təqaüdçüləri süründürməçiliyi hələ də davam edir. Bunu DSMF-nin publik hüquqi şəxsin xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına bir ay ərzində irəli sürülmüş məhkəmə işlərinin sayı da sübut edir.

Belə ki, təkcə iyun ayının 12-dən iyul ayının 12-dək sözügedən mərkəzə qarşı 352 iddia qaldırılıb. Bunların demək olar hamısı pensiyaçılar tərəfindən qaldırılmış iddialardır. Mərkəzlə təqaüd yaşına çatmış insanları məhkəməlik edən isə DSMF-nin pensiya ilə bağlı yaratdığı süni əngəllərdir.

Ay ərzində qaldırılmış olan 352 məhkəmədə işin mahiyyəti inzibati orqanların aktları və hərəkətsizliyi ilə əlaqədar mübahisələr və pensiya təminatı üzrədir.

Hər ay təqaüdçülərlə olan məhkəmə işlərinin sayını artıran mərkəzin nə yaratdığı problem, nə yarıtmazlığı azalmaq bilmir.