Xəbər verildiyi kimi, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi nazirlikdə tədricən dəyişikliklər aparır. Ancaq maraqlıdır ki, nazir çıxardığı şəxslərin yerinə təyinat aparılmır.
Bunu DSMF-nin ciddi nöqsanlara yol verdikləri üçün azad olunmuş 11 rayon üzrə şöbə müdirlərinin timsalında da görmək olar. Məlumat üçün bildirir’k ki, həmin 11 şöbə müdiri – Bakı şəhəri Yasamal rayon şöbəsi, Sabunçu rayon şöbəsi, Suraxanı rayon şöbəsi, Xətai rayon şöbəsi, Xaçmaz rayon şöbəsi, Quba rayon şöbəsi, Şirvan rayon şöbəsi, Lənkəran rayon şöbəsi, Cəlilabad rayon şöbəsi, Salyan rayon şöbəsi, Şamaxı rayon şöbəsinin müdirlərinin ciddi nöqsanlara yol verdiyini Sahil Babayev ötən həftə keçirdiyi iclasda deyib. Lakin onların hətta bəzilərinin vəzifədən çıxarılmasından 3 ay ötsə də, yerinə hələlik təyinat olmayıb.
Maraqlıdır ki, bu hal nazirliyin aparatında da özünü göstərir. Belə ki, işdən azad edilən bir çox şöbə müdirlərinin yerinə də hələ ki təyinat aparılmayıb. Məsələn, ötən ay sabiq nazir Səlim Müslümovun əmisi oğlu, nazirin müşaviri Yalçın Müslümovdan boşalan post hələ də sahibini gözləyir. Bundan başqa nazirliyin aparat rəhbəri vzəifəsinə də təyinat yoxdur. Bu vəzifəni nazirin yeni təyin etdiyi müşavir Anar Əliyev icra edir. Eyni halı bir çox şöbələrin simasında da görmək olar. Bəli, faktdır ki, Sahil Babayev indiyədək çıxardığı şəxslərin böyük əksəriyyətinin yerinə də rəsmi təyinat apara bilməyib. Halbuki, nazirlik və ona bağlı olan qurumlarda xeyli şöbə müdirləri vəzifəsi vakant olaraq qalır. Hamısını ya müavinləri, ya da sektor müdirləri əvəz edir.
Diqqətçəkən məqamlardan biri də odur ki, Fazil Talıbovun nazirliyin ictiamiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunması xəbəri də doğru deyil. Belə ki, o, həmin şöbəyə əslində müdir müavini təyin edilib, sadəcə şöbə müdiri vəzifəsini indiyədək icra edir. Yəni Sahil Babayevin ənənəvi taktikası burada da öz sözünü deyib.
pia.az