Naxçıvan MR-in Sahibkarlığın İnkişaf Fondunun nəqliyyat vasitəsinin satınalınması ilə bağlı keçirdiyi tenderin nəticəsi ləğv olunub.
Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.
Bildirilir ki, SİF iki ədəd avtomobil almaq fikrində olub. Bunun üçün 95 min 300 manat vəsait ayırıb. Lakin AİİBNDX tenderin qanunlara uyğun keçirilməməsi qənaətinə gəlib. Müəyyən edib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub. Ona görə də, tenderin nəticəsini ləğv edib.
Fərda Uğur










