Sahibkarlar həbs olunan qaziyə görə Baş Prokurorluğa müraciət etdi

Sahibkarlar həbs olunan qaziyə görə Baş Prokurorluğa müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildiyiniz kimi bir neçə gün bundan əvvəl  sahibkarlar gömrük inspektoru Aqil İbadovun etdiyi nöqsanlara, vətəndaşlara göstərdiyi davranışa görə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova şikayət ediblər. Şikayətdə sahibkarlar gömrük inspektorunun işdən azad edilməsini, əməllərinə hüququ qiymət verilməsini xahiş etmişdilər.
Tribunainfo.az xatırladır ki, bir müddət əvvəl Bakı Baş Gömrük İdarəsində gömrük inspektoru Aqil İbadovla sahibkar arasında mübahisə yaranıb.Yaranan mübahisədə qeyri-etik ifadələr, təhqiramiz sözlər işlədilib.
Baş verən hadisə ilə bağlı Dövlət Gömrük Komitəsi açıqlama yayıb. Açıqlamada bildirilirdi ki, qarşı tərəf təmsilçiliklə bağlı etibarnaməsi olmadan mallarını rəsmiləşdirilmək istəyib və insidentlə bağlı ətraflı araşdırılma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.Mübahisə də sahibkardan tələb olunan qeyri-qanuni pulun istənilməsindən sonra yaranıb.

Elçin Xancığazlı Səbail Rayon Məhkəməsinin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Sahibkarlar şikayətində  qeyd edir ki, Xancığazlı Elçin qazidir, torpaqlarımızın azadlığı uğrunda ən ağır döyüşlərdə vuruşub. “Bu acınacaqlı haldır ki, o hansısa kiçik bir məmurun özbaşınılığına etiraz ediyinə görə həbs olunub”- Sahibkarlar yazır.

Dünən isə daha 30 sahibkar qazini təhqir olunması ilə bağlı Baş Prokurorluğa müraciət ediblər və məsələyə obyektiv baxılmasını xahiş ediblər.
Bundan başqa Tribunainfo.az-a müraciət edən iş adamları gömrük inspektoru Aqil İbadovla bağlı tədbir görülməsi üçün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova yazılı şikayət ediblər.
Nəzərinizə çatdıraq ki, redaksiyamıza məsələ ilə bağlı 30-a yaxın sahibkar yazılı müraciət edib və 100-ə yaxın insan zəng edərək narahatlılıqlarını bildiriblər.
İctimaiyyət qazinin təhqir olunmasının cavabsız qalmasına etirazını bildirir.
Sahibkarların dediyinə görə öncədən şikayət edən 8 sahibkara bir-bir fərqli nömrələrdən zənglər olunur və onlara təzyiqlər göstərilir.
Onlar mətbuat vasitəsilə müvafiq dövlət qurumlarının bu işi nəzarətə götürməsini xahiş edirlər.
Sahibkarlardan redaksiyamıza verilən son məlumata görə bir qrup I və II Qarabağ müharibəsinin qaziləri Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanovla görüşüblər.
Qazilər Komitə rəhbərlərliyindən qazilərə qarşı həssas yanaşılmasını xahiş ediblər, insidentlə bağlı hər iki tərəfi təmkinli olmağa çağırıblar.
Elmir Ramazanov idarəsinin əməkdaşı olan Aqil İbadovun qarşılıqlı söyüş söyməsini xoşagəlməz hal kimi qiymətləndirib və hətta vətəndaşlarla “sən” deyə müraciət edən əməkdaşlara töhmət verdiklərini də bildirib.
Sahibkarlardan aldığımız məlumata görə gömrük inspektoru Aqil İbadov qaçaqmalçılıqla məşğul olur və iri balıqlar tutmaq üçün torlar, qarmaqların gətirilməsində monopoliyanı ələ alıb, biznesini şaxələndirib.
Sahibkarlarlar Baş Prokurorluqdan və digər dövlət qurumlarından bununla bağlı araşdırma aparılmasını xahiş edir.
Sahibkarlar həmçinin bildirir ki, Aqil İbadov 2 ilə yaxındır ki, tutduğu vəzifədə rəsmi ezamiyyət vərəqəsi ilə yox, sadəcə rəhbərliyin tapşırığı ilə orada qanunvericiliyə zidd olaraq işləyir.
Bundan başqa bəlli olub ki, Aqil İbadovun oturduğu yeri rəngləyiblər ki, içəri görsənməsin. Orada onun gizli fəaliyyətlə məşğul olması ehtimal olunur.