backend

Sahibkar olmaq istəyənlər üçün yeni layihə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İdrak” Elmin İnkişafına Dəstək İctimai Birliyi “Regionlarda sahibkarlıq fəaliyyətinin təşfiqi, əhalinin maarifləndirilməsi və Biznes Məsləhətçilər Klubunun yaradılması” layihəsinin icrasına başlayır. 

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İdrak” Elmin İnkişafına Dəstək İctimai Birliyi “Regionlarda sahibkarlıq fəaliyyətinin təşfiqi, əhalinin maarifləndirilməsi və Biznes Məsləhətçilər Klubunun yaradılması” layihəsinin icrasına başlayır.

Təşkilatdan TİA.AZ-a verilən məlumata görə, layihədə məqsəd biznes məsləhətçilər inkibator mərkəzlərinin yaradılmasıdır.

Bu mərkəzin vəzifəsi regionlarda gənclər, qadınlar, ümumilikdə sahibkarlıqla məşğul olmaq istəyən əhali qrupu arasında sahibkarlığın təşviqi, gənclərin, əlillərin və qadınların sahibkarlıq fəaliyyətinə hazırlanması üzrə maarifləndirmə tədbirlərinin təşkili, kreditlərə çıxış imkanlarının öyrədilməsi və ərzaq təhlükəsizliyinin təmin olunmasında fəallığın artırılmasıdır.

Layihənin əsas şüarı: “Regionlarda sahibkarlıq fəaliyyətinin təşfiqi, əhalinin maarifləndirilməsi və Biznes Məsləhətçilər Klubunun yaradılmasıdır”.

Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması nəticəsində yüksək keyfiyyətli, ixracyönümlü və rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi dövlətin iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir. Bu həm də yeni iş yerlərinin və müəssisələrin yaradılması nəticəsində əhalinin məşğulluq səviyyəsinin artırılması və həyat səviyyəsinin yüksəldilməsidir. Son illərdə sahibkarlığın inkişafına dövlətin maliyyə dəstəyi daha da yaxşılaşmış, güzəştli kreditlərin həcmi əhəmiyyətli dərəcədə artmışdır. Regional İnkişaf Proqramlarının icrası dövründə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına ölkə üzrə ümumilikdə 19,1 min sahibkarlıq subyektinə 2 milyard manatdan çox güzəştli kredit verilmiş, nəticədə yüzminlərlə yeni iş yeri yaradılmışdır.

Təşkilatın sədri və layihənin rəhbəri Mirintiqam Həsənov bildirib ki, layihə Aran İqtisadi rayonu üzrə 3 regionda – Yevlax, Bərdə və Ağcabədi rayonlarında həyata keçiriləcək. Ümumi olaraq isə layihə sosial media vasitəsilə bütün Azərbaycanı əhatə edəcək. Hər bir rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər, gənclər və qadınların iştirakı ilə – 50 nəfərdən ibarət, ümumilikdə 150 nəfərin iştiakı ilə dəyirmi masalar keçiriləcək. Layihənin həyata keçirildiyi hər bir maarifləndirmə tədbirində ayrı-ayrı sahələr üzrə ekspert-mütəxəssislərin iştirakı ilə məlumat-informasiya və maarifləndirilmə tədbirləri təşkil ediləcək.