Sahibkar Əmək Müfəttişliyindən narazı qaldı, məhkəməyə üz tutdubackend

Sahibkar Əmək Müfəttişliyindən narazı qaldı, məhkəməyə üz tutdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin qanuni təmsilçisi sahibkar Orucov Anar Rəsul oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti barəsində məhkəməyə şikayət edib.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Anar Orucov barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi əsasında protokol tərtib etməsi olub.
Həmin maddəyə əsasən, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 2000 manat məbləğində cərimə edilir.
Anar Orucov xidmətin tərtib etdiyi protokoldan narazı qaldığı üçün məhkəməyə şikayət verib. İşə Ağstafa rayon Məhkəməsinin hakimi Zamiq Rəsulovun sədrliyi ilə baxılacaq.
Şikayət təmin olunmasa, sahibkar 2000 manat cərimə ediləcək.