Sahib Məmmədovdan gözləntilərimiz var – Hüquq müdafiəçisibackend

Sahib Məmmədovdan gözləntilərimiz var – Hüquq müdafiəçisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumdur ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri vəzifəsinə Sahib Məmmədov seçilib. 2014-cü ildən İqtisadiyyat Nazirliyində çalışan S. Məmmədov Azərbaycan Prezidentinin 2021-ci il 23 dekabr tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib. Rəsmi xəbərə görə, Səttar Suliddin oğlu Möhbalıyevin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı vaxt çatışmazlığı səbəbindən AHİK-in sədri vəzifəsindən istefa verib. O, 32 il bu posta sahiblənib və barəsində çoxsaylı korrupsiya ittihamları var. Lakin indi yeni sədr fəaliyyətə başlayır və Sahib Məmmədovun AHİK-də hansı islahatlar həyata keçirəcəyi maraqla gözlənilir.


“Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçilərindən olan Xəzər Teyyublunun Tribunainfo.az-a bildirdiyinə görə, qurumda illərlə yığılıb qalaqlanmış problemlərin həllinə ehtiyac var. Hüquq müdafiəçisi ümid edir ki, Sahib Məmmədov AHİK-də neqativ halların aradan qaldırılması istiqamətində böyük işlər həyata keçirəcək. X.Teyyublu köklü islahatlara zərurət olduğunu qeyd edir: “Bu mənada yeni sədrdən gözləntilər var. Bu da normaldır. Bu sahə uzun illər bir adamın rəhbərliyi altında olub. İndi quruma yeni nəfəs gətirilməsi lazımdır. Bura “putyovka”ların verilməsindən tutmuş işçilərin hüquqlarına, həmkarlar təşkilatlarının fəaliyyətinin canlandırılmasına qədər hərtərəfli addımlar atılması zəruridir. İnanırıq ki, hörmətli Sahib Məmmədov köklü dəyişikliklər həyata keçirəcək və hüquqları pozulan işçilərin müdafiəsi üçün aktiv fəaliyyət göstərəcək. Eyni zamanda, kompleks işlər həyata keçirmək üçün birgə əməkdaşlıq edilməli, həmkarlar təşkilatlarının fikirləri öyrənilməli, onlarla dəyirmi masa ətrafında müzakirələr aparılmalıdır. Biz vətəndaşların sosial haqlarının müdafiəsi ilə məşğul olan bir təşkilat kimi Sahib Məmmədova bu sahədə problemlərin həlli üçün dəstək verməyə hazırıq”.

Əhəd