Bakıda Yusif Səfərov küçəsindəki Şah İsmayıl Xətainin heykəli götürüləcək.
Bakıda Yusif Səfərov küçəsindəki Şah İsmayıl Xətainin heykəli götürüləcək.
TİA.AZ-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Qurum rəsmisi bildirib ki, heykəlin köçürülməsinə səbəb həmin ərazidə yol kəsişməsinin salınmasının nəzərdə tutulması ilə bağlıdır:
“Yusif Səfərov küçəsilə Afiyəddin Cəlilov küçələrində kəsişmələr olacaq. Bununla bağlı artıq lazımi qurumlara müraciət etmişik. Müraciətə cavab veriləndən sonra heykəl oradan götürülərək başqa əraziyə köçürüləcək”.