Heyva Asiya və Aralıq dənizi bölgələrinə xas qədim bir meyvədir. Antik Yunan və Roma dövrlərindən bəri yetişdirilən heyva, alma və armudla yaxından əlaqəlidir.
Tribunainfo.az bildirir ki, heyva antioksidant kateşinlər və lif zənginliyi ilə xərçəngə qarşı qoruyucu xüsusiyyətlərə malikdir. Həzm problemləri, allergiyalar və yüksək qan şəkərinin idarəsində istifadə olunur.
Faydaları arasında immunitetin gücləndirilməsi, ürək sağlamlığının dəstəklənməsi, iltihabların azalması və qəbizliyin qarşısının alınması var. Heyva C, A, B vitaminləri, kalsium, dəmir, maqnezium və digər minerallarla zəngindir.
Gündə 1 orta ölçülü heyva yemək məsləhət görülür. Aşırı istehlak isə qaz, şişkinlik və yüngül qəbizliyə səbəb ola bilər. Heyva toxumları zəhərli hidrogen siyanür yarada bilər.
Hamilələr üçün heyva lif və C vitamini ilə zəngin olub, fetal inkişafı dəstəkləyir, lakin istifadəsi həkim məsləhəti ilə olmalıdır. Potasyum tərkibi sayəsində yüksək təzyiqin tənzimlənməsinə kömək edir.
Heyva təbii dəri sakitləşdirici və kilo verməyə kömək edən lifli, aşağı kalorili meyvə kimi də diqqət çəkir.