SAĞLAM QALMAQ ÜÇÜN BUNLARI ETMƏK VACİBDİR…

SAĞLAM QALMAQ ÜÇÜN BUNLARI ETMƏK VACİBDİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya alimlərinin açıqlamasına görə, hərəkətsizlik ən təhlükəli ölümcül xəstəliklər arasında 4-cü sıradadır. Məlumata görə, dünya üzrə ildə 3.2 milyon insan məhz hərəkətsizlik səbəbindən yaranmış xəstəliklərə görə dünyasını dəyişir.

Tribunainfo.az yazır ki, aparılan araşdırmalara görə, sağlam yaşaya bilmək və sağlam yaşlanmaq üçün gündə ən az 2 min 500 addım atmaq vacibdir. Alimlər bildirib ki, gün ərzində 2 mindən çox addım atmaq ölüm riskini azaldır. Alimlər oturaq həyatın ölümə gətirdiyini bildirib, insanları sağlam qalmaları üçün daim hərəkərdə olmağa, piyada gəzməyə çağırır:

“Gün ərzində ən az 2 min 500 addım atmaq lazımdır. Zamanla bu sayı artırmaq lazımdır. 4 min addıma qədər qaldırmaq sağlamlıq üçün vacibdir”.