“Məqsədimiz xidmətlər zərfində olan 35 ilkin tibbi xidməti yaxın 5 ildə 150-yə çatdırmaqdır”.
Tribunainfo.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev Milli Məclisdə “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr olunan dinləmədə bildirib.
“Bərdədə tətbiq olunan pilot layihədə bu xidmətlərin sayı 83-ə çatdırılacaq. Bu il Bərdədə pilot qaydada ana-uşaq sağlamlığı ilə bağlı bonusların verilməsinə başlanılması nəzərdə tutulub. Bunun üçün həkimlərə motivasiya verilməsi düşünülür. Hamilə qadınların qeydiyyatı, sağlam doğuşunun həyata keçirilməsi üçün həkimlərə bonuslar veriləcək”.