“Sağlam Ailə” MMC “Akkord”un şirkətini – MƏHKƏMƏYƏ VERDİ

“Sağlam Ailə” MMC “Akkord”un şirkətini – MƏHKƏMƏYƏ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sağlam Ailə” MMC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC -ni məhkəməyə verib.

Tribunainfo.az FED.az-a istinadla xəbər verir ki, iddia müqavilələrdən əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.

Bakı Kommersiya Məhkəməsi hakim İlham Əhmədovun icraatındadır.

Xatırladaq ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti 2005-ci ildə təsis edilib. Şirkət yaşayış binalarının tikintisi və satışı, həmçinin digər ictimai obyektlərin və infrastruktur layihələrinin tikintisi, inşaat materiallarının istehsalı və email ilə məşğul olur.