Şagirdlərin payız tətili başa çatıb

Şagirdlərin payız tətili başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün, noyabrın 21-də, ümumtəhsil müəssisələrində 2018-2019-cu tədris ilinin payız tətili başa çatıb.

TİA.AZ-ın məlumatına görə, tətil beş gün, noyabrın 16-dan 21-dək davam edib.

Dərs ilinin növbəti tətili qışa təsadüf edəcək. Belə ki, beş günlük qış tətili 27-31 yanvar tarixlərində olacaq.

Xatırladaq ki, ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ilinin birinci yarımili 15 sentyabr – 26 yanvar, ikinci yarımili 1 fevral – 14 iyunu əhatə edir.