“Bu günə qədər 5-ci sinifdən başlayaraq müxtəlif siniflər üzrə Azərbaycan dili və riyaziyyat fənni üzrə monitorinq imtahanlarında iştirak edən 85459 şagirdin nəticələri ürək açan olmayıb”.
“Bu günə qədər 5-ci sinifdən başlayaraq müxtəlif siniflər üzrə Azərbaycan dili və riyaziyyat fənni üzrə monitorinq imtahanlarında iştirak edən 85459 şagirdin nəticələri ürək açan olmayıb”.
TİA.AZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva bu gün keçirlən mətbuat konfransında deyib.
DİM rəsmisi qeyd edib ki, şagirdlərin müxtəlif siniflər üzrə verdikləri imtahanların nəticələri təhlil edilib: “Hazırda şagirdlər 9-cu sinifdə yeni meyarlarla əsasında təhsil alırlar. Onların bilik bacarıqları buna uyğun qiymətləndirilməlidir. 2013-cü ildən bu günə qədər 85 mindən çox şagird Azərbaycan dili və riyaziyyat fənni üzrə monitorinq imtahanın cəlb olunub. Bunlardan 39575 nəfəri Azərbaycan dili, 40234 nəfəri riyaziyyatdan, 5650 nəfəri isə rus dilindən monitorinq imtahanlarında iştirak ediblər. Monitorinq imtahanında onlara nümunələr təqdim olunub və nəticələr təhlil edilib. Nəticələr o qədər də ürəkaçan olmayıb”.
Dövlət İmtahan Mərkəzinin sektor müdiri Aydın Qasımov bildirib ki, 2016-ci ildə Azərbaycan dili fənni üzrə liseylər istisna olunmaqla Bakı və Sumqayıt şəhərində 8-ci sinif şagirdlərinin 8 faizi, regionməktəblərinin şagirdlərinin 20 faizi, liseylər şagirdlərinin isə 3 faizi sıfır bal (maksimal bal 20) toplayıb.
Ekspert Şahlar Əsgərov isə qeyd edib ki, son illər təhsil sistemi xeyli mürəkkəbləşib: “Əgər təhsil mürəkkəbləşirsə, problemin həlli daha çətin olur. Təhsil bir mərkəzdən idarə olunmalıdır”.
A.Batıyeva qeyd edib ki, dərslik hazırlamayan təşkilatın dərsliklərinin monitorinqi aparması barədə Azərbaycanın təcrübəsi Qazaxıstan, Türkiyə, Rusiyada bəyənilib. O qeyd edib ki, dərsliklərlə bağlı müəllim hazırlığı problemləri var.
Buraxılış imtahanında “2” qiyməti alan şadirdlərin qəbul imtahanında yüksək nəticə göstərməsi məsələsinə aydınlıq gətirən A.Batıyeva bildirib ki, bu, mümkün ola bilər: “Amma öz təcrübəmdən qeyd edim ki, məktəbdə oxuya bilməyən, 11 illik təhsil proqramını mənimsəməmiş şagird qəbul ola bilmir. Nə qədər repetitor yanında hazırlaşsa da o səviyyəyə qaxla bilmir”.