backend

Şagirdlər bu cür qiymətləndiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi qaydaları açıqlanıb. 

Azərbaycanın ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi qaydaları açıqlanıb.

TİA.AZ xəbər verir ki,Təhsil Nazirliyindən AzVision.az-a bildirilib ki, “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin layihəsinə əsasən, şagird nailiyyətlərinin qiymətləndirilməsi şəffaflıq, etibarlılıq, obyektivlik, qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanmaqla təhsilin inkişafına yönəldilir.

Bu qiymətləndirilmə şagirdlərin təhsilə münasibətləri, mövcud təlim göstəriciləri, müəllimlərin hazırlıq səviyyəsi, təhsil standartları və kurikulumların məqsədəuyğunluğu, tədris resursları ilə təminat, idarəetmənin səmərəliliyi barədə məlumatların toplanıb təhlil edilərək dəyərləndirilməsi, şagird və müəllimlərin fəaliyyətinin, təhsil proqramlarının icra vəziyyətinin müşahidə olunmasından və nailiyyətlərin qiymətləndirilməsini əks etdirən sənədlərin təhlilindən əldə edilmiş nəticələrə görə müvafiq qərarların qəbul olunmasını əhatə edir.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə növlərini əhatə edir. Məktəbdaxili qiymətləndirmə 3 istiqamət üzrə aparılır: Şagird irəliləyişlərinin monitorinqi formativ və summativ qiymətləndirmə formalarında aparılır.

 Formativ qiymətləndirmə müəllimin davamlı müşahidələrinə əsaslanır və irəliləyişlərin səviyyəsi izlənilməklə qeydiyyata alınır, zəruri tədbirlər müəyyənləşdirilir. 

Summativ qiymətləndirmə kiçik (bəhs və bölmələr üzrə) və böyük (yarımilliklər üzrə) summativlər formasında tətbiq olunur. 

Kiçik summativ qiymətləndirmə müəllim, böyüksummativqiymətləndirmə məktəb rəhbərliyi tərəfindən həyata keçirilir. Kurikulum üzrə qiymətləndirmə şagirdlərin təlim nəticələrinin müvafiq standartlara uyğunluğunu müəyyən etmək məqsədi ilə aparılır.

Təhsil səviyyələri (ümumi orta və tam orta) üzrə yekun qiymətləndirmə mərkəzləşmiş qaydada aparılan buraxılış imtahanları formasında keçirilir və məzunlara müvafiq təhsil sənədinin verilməsi ilə başa çatır. 

Milli qiymətləndirmə toplanmış məlumatlar əsasında keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədi ilə, bir qayda olaraq, 4-5 ildən bir təşkil olunur. 

Beynəlxalq qiymətləndirmə şagirdlərin təlim göstəriciləri əsasında ümumi təhsilin mövcud vəziyyəti barədə təsəvvür əldə etmək, problemləri aşkara çıxarıb həlli yollarını müəyyənləşdirmək, digər ölkələrlə müqayisələr aparıb inkişaf perspekstivlərini proqnozlaşdırmaq üçün, bir qayda olaraq, 3 ildən bir keçirilir.