Şagirdi vəhşicəsinə döydülər – Bakı məktəbində daha bir rəzalət – VİDEObackend

Şagirdi vəhşicəsinə döydülər – Bakı məktəbində daha bir rəzalət – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkədə məktəbdə şagirdin döyülməsi ilə bağlı video yayılıb.

Bakupost.az xəbər verir ki, təxmini 13-14 yaşlı yeniyetmələr sinifdə digər şagirdi tutaraq ona yumruq vurur, fiziki təzyiq göstərir və həmin anları videoya çəkirlər.
Yayılan görüntülər sosial şəbəkədə də birmənalı qarşılanmayıb. Təhsil ocağında belə bir halın baş verməsi sərt şəkildə qınanılıb.
Həmin uşağın özünün, eləcə də məktəbin təlim-tərbiyə üzrə müavinlərinin, valideynlərinin tapılaraq cəzalandırılması tələb olunub.
Qeyd edək ki, hadisənin Bakıda 112 saylı orta məktəbdə baş verdiyi deyilir.
 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, görüntülər araşdırılır:
 
“Nazirlik görüntülərdən məlumatlıdır, hazırda araşdırmalar davam edir. Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən də müvafiq araşdırma aparıldığı qeyd olunub:
 
“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb”.
 
 
Vurğulanıb ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür.
 
Bakı şəhəri 112 nömrəli tam orta məktəbdən bildirilib ki, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüs zamanı baş verib:
 
“Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər.

Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb”.

hüquqi qiymət veriləcək”.