Valideyn: “Nazirliyin nümayəndəsi söylədi ki, məni uşağın taleyi maraqlandırır”
Valideyn: “Nazirliyin nümayəndəsi söylədi ki, məni uşağın taleyi maraqlandırır”
Təhsil Nazirliyinin sektor müdiri Almaz Əskərova Kimya Biologiya Təmayüllü Respublika Liseyinin 11-ci sinif şagirdi Nərmin Mehtilinin valideynlərinin şikayətini araşdırır. Bu haqda redaksiyamıza şagirdin valideyni Dilarə Mehtiyeva məlumat verib. Bundan əvvəl D.Mehdiyeva Azərbaycan təhsil ictimaiyyətinə ünvanladığı müraciətin surətini göndərib. Həmin müraciət əsasında “Liseyin müəllimləri şagirdi intihar həddinə çatdırıb?;
Təhsil Nazirliyi: ”Araşdıracağıq…” http://musavat.com/news/liseyin-muellimleri-sagirdi-intihar sərlövhəli yazı dərc etmişdik.
Müraciətdə liseydə müəllimlərin repetitorluğunu qəbul etməyən şagirdə qarşı atılan qəddar addımlar haqda məlumatlar yer alıb. Valideyn övladına qarşı qərəzli münasibətdən gileylənir, hər vəchlə liseydən çıxarılması üçün zəmin yaradıldığını qeyd edirdi. D.Mehdiyevanın müraciətindən sonra Təhsil Nazirliyindən məsələnin araşdırılacağı bildirilmişdi.
D.Mehdiyeva “Yeni Müsavat”a bildirib ki, artıq araşdırma başlanıb.
“Liseyin direktoru Kamran müəllim özünü öldürürdü ki, ay xanım, uşaq payıza qalıb… Mən müəllim-zad tanımıram, payıza qalıb, pedaqoji şuranın qərarı var, məktəbdən çıxmalıdır. Nərmin imtahandan 5 aldı. Kamran müəllim dedi ki, başı var, hazırlaşıb 5 alıb. Aparın, yoxsa müəllimlər yenə pis qiymət yazacaq, attestatda pis qiymətlər düşəcək. Liseydə bu məsələni araşdırmaq üçün Təhsil Nazirliyinin sektor müdiri Almaz Əskərova gəldi. Biz məktəbə çatanda o, artıq orada idi. Direktorun otağına daxil olarkən direktor Kamran müəllim elə onun yanında bizə yüksək səslə dedi ki, uşağı niyə çıxarıb aparmırsınız!? Axı sizə nə qədər demək olar. Almaz xanım müəllimləri çağırıb soruşurdu ki, uşaqla həqiqətənmi belə davranmısınız. Guya ki, onlar da rahatca, təmənnasız, vicdanlı, ləyaqətli müəllim kimi hər şeyi etiraf edəcəkdilər. Təbii ki, olar da belə bir yaşantının olmadığını israr edirdilər. Lakin kimya müəlliməsi 2 yazıb payıza saxladığı uşağın təkrar imtahanda 5 almasını təəccüblə qarşıladı. Və tutarlı bir cavab verə bilmədi” – deyə D.Mehdiyeva bildirib.
Valideyn deyir ki, 5 alan məktəblini liseydən qovmaq gülünc görünər deyə “payıza qalıb” arqumenti dəyişib: “İndi də məktəbdən bezdirilən, intihar həddinə gətirilmiş və həkimlərdə qalan məktəblinin davamiyyət məsələsini əsas arqument kimi önə çıxarırlar. Jurnalın əlimizdə olan məlumatları dolaşıqdır. Kortəbii olaraq jurnala doldurulmuş qayıbların biri digərini inkar edir. İndi iş qalıb nazirliyin araşdırma aparan nümayəndəsinə. Bütün araşdırma boyu ailəmi, uşağımı yalanda ittiham edərək aşağılayan məktəb direktoruna və onun müavini Aslana bir dəfə də olsun yüngülcə də olsa irad tutulmadı. Bizim həqiqətlərimizə də heç olmasa soyuq da olsa və ötəri də olsa bir münasibət bildirilmədi. Təhsil Nazirliyinin nümayəndəsi Almaz müəllimə bir şey söylədi ki, məni heç nə yox, uşağın taleyi maraqlandırır. Mən ona kömək etməyə çalışacam. Bu bizi ümidləndirir. Gözləyək görək. Nazirlik rəsmisi nə qərar verəcək”.