Bakıda müəllimin sinifdə şagirdi döyməsi geniş müzakirələrə səbbə olub.
Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Kardrlardan görünür ki, müəllim öncə şagirdi danlayır, daha sonra isə sifətinə sillə vurur. Bununla da kifayətlənmir və uşağın qulaqlarından dartır. Onun bu hərəkətinə isə digər şagirdlər gülərək reaksiya verirlər.
Tribunainfo.az Xəzər TV-yə istinadən xəbər verir ki, sözügedən görüntülər paytaxtın Suraxanı rayonunda yerləşən 146 nömrəli məktəbdə, 8-ci sinfin ingilis dili dərsində lentə alınıb. Elə lentə alan da həmin sinifdə oxuyan şagirdlərdən biridir.
Hadisənin izi ilə həmin məktəbdə olduq. Dərsdə iştirak edən şagirdlər bildirdilər ki, hadisənin görünməyən tərəfləri var. Onların sözlərinə görə, döyülən şagird dəfələrlə müəllimin dediklərinə əməl etməyib və onu hövsələdən çıxarıb.
Məktəbin direktor əvəzi Tacəddin Allahyarlı da bunun şagirdin ilk və son qeyri-etik davaranışı olmadığını bildirdi. Hətta uşağın belə hərəkətlərinə görə dəfələrlə ailəsinə məlumat verilib və o, xüsusi nəzarətə götürülüb.
Hadisədə adı hallanan və 30 illik müəllim stajı olan Kazım Camıyev də açıqlama verib. Üç ildir həmin sinfə ingilis dili fənnini tədris edən müəllim bildirdi ki, adıçəkilən şagird dəfələrlə bu və bundan betər hərəkətlərə yol verib.
Müəllimin sözlərinə görə, uşağın tərbiyəsindəki nöqsanlarla bağlı indiyədək valideynlərinə məlumat verilib, amma onlar məktəbə gəlməyiblər.
Hazırda Kazım Canıyevi məyus edən məqam saçlarını ağartdığı məktəbdən uzaq qalacağıdır.