“Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını alqışlayırıq”. Tribunainfo.az bildidir ki, bu sözləri İranın Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazi deyib.
O qeyd edib ki, sülühün bərqərar olmasına böyük ümid bəsləyirik. “Ümid edirik ki, bu danışıqlar iki ölkə arasında tam sülhün bərqərar olmasına və Ermənistanla Azərbaycan arasında lazımi əməkdaşlığa səbəb olacaq”.
Amma Xərrazi yenidən Azərbaycanda İsrailin mövcudluğu məsələsini də dilə gətirib. “Biz sionist rejimin Azərbaycanda mövcudluğundan narahatıq. Təbii ki, ölkələr öz qonşularının həssaslıqlarını nəzərə almalıdırlar”.
P.S. İranın sağı-solu bəlli olmayan ölkə olmasını elə bu fikirlər təsdiləyir. Bu ölkənin Ali Təhlükəsizlik Şurasının sədri Azərbaycanla İranı “bir cismdə olan iki qardaş” və “aramızı vurmaq istəyən düşmənlər var” sözlərini dilə gətirdiyi halda, Xərrazi kimi daha bir ali vəzifə sahibi “sionist rejiminin Azərbaycanda olmasından narahatıq” deyir. Bunun özü göstərir ki, İran düşmənini kənarda yox, elə öz içində axtarmalıdır. Daha doğrusu, elə düşmənçilik edən, ara vurmaq istəyənlərin gözlərinin qarşısında olduğunu görməlidirlər.