Şadlıq sarayının pilləkənlərindən yıxılan 36 yaşlı kişi öldü

Şadlıq sarayının pilləkənlərindən yıxılan 36 yaşlı kişi öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nizami rayonunda yerləşən “Şərq” şadlıq sarayında bədbəxt hadisə baş verib.

Tribunainfo.az xəbər verir ki, bir neçə gün əvvəl 1989-cu il təvəllüdlü paytaxt sakini Orxan Məhəmməd oğlu Qarayev Bəkir Çobanzadə küçəsində yerləşən şadlıq sarayının pilləkənlərindən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş O.Qarayev dünən xəstəxanada vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.