“ŞADAM Kİ, TÜRKİYƏ İLƏ DİALOQU BƏRPA ETDİK” – XAÇATURYAN

“ŞADAM Kİ, TÜRKİYƏ İLƏ DİALOQU BƏRPA ETDİK” – XAÇATURYAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan qonşuları ilə mehriban qonşuluq münasibətləri qurmaq istəyir, ona görə də ER hökuməti Türkiyə ilə münasibətləri normallaşdırmaq yolunu tutdu”.

Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bu barədə İtaliyada işgüzar səfərdə olan ER prezidenti Vaaqn Xaçaturyan İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində bildirib.

“Mən xoşbəxtəm ki, bu qədər ildən sonra Ankara ilə dialoqu bərpa etdik. Biz gələcəyə baxmalıyıq və görməliyik ki, uşaqlarımızı hansı bölgədə qoyub getmək istəyirik. Biz müharibəyə deyil, regional tarazlığa və sülhə çalışmalıyıq”, – Xaçaturyan bildirib.

Prezident vurğulayıb ki, Ermənistan regionda sabit və davamlı sülhə nail olmaq, qonşuları ilə balanslaşdırılmış və qonşuluq münasibətləri qurmaq mövqeyinə tam sadiqdir.