SAÇLARINIZI KERATİNLƏ DÜZLƏŞDİRMƏYİN… – ZƏRƏRLƏRİ

SAÇLARINIZI KERATİNLƏ DÜZLƏŞDİRMƏYİN… – ZƏRƏRLƏRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir vaxtlar sözəbaxmayan, buruq saçları hava feni, ütü feni ilə düzləşdiridilər. Ancaq son illər fenləri keratinlər əvəzləyib. Kimyəvi tərkibli bu maddələr saçlarımıza istədiyimiz gözəlliyi versə də, bilmədiyimiz zərərləri, yan təsirləri var.

Tribunainfo.az xəbər verir ki, keratin məhsullarının içində saçınız üçün ziyanlı ola biləcək kimyəvi maddələr var. Həmçinin onu qeyd etmək lazımdır ki, keratinlə düzləşdirmə saçları sadəcə müəyyən bir müddət üçün gözəl göstərir. Keratin mütləq ustalar tərəfindən tətbiq edilməlidir. Tərkibindəki zərərli maddələrə görə keratin bəzi ölkələrdə qadağan edilib.
Keratinin tərkibində olan formaldehid Beynəlxalq Xərçəng Araşdırmaları təşkilatı tərəfindən kanserogen maddə olaraq qəbul edilib. Həmçinin keratin tətbiq edərkən yüksək istilikdən istifadə etmək lazımdır ki bu da, saçın qırılmasına və yanmasına səbəb olur.
Saçların eyni görüntünü əldə etməsi üçün bu proses təkrarlanmalıdır. Lakin bu təkrarlar saçınız üçün çox zərərlidir. Keratin qıvırcıq saçları düzləşdirmək üçün istifadə edilə bilməz. Keratinin istifadəsindən sonra açıq rəngli və tez-tez boyanan saçlarda həddindən artıq quruma başlaya bilər.