“Braziliyalı Rapunzel Nataşa Moraes de Andrade, doğulduğundan bəri kəsdirmədiyi saçları sayəsində ailəsini ev sahibi etdi.
“Sherg.az”ın xarici mediaya istinadən xəbərinə görə, həftədə 4 saatını saçlarını yumağa sərf edən 12 yaşlı Nataşa, saçlarının 1.6 metrlik qisimini 5 min dollara kəsdirdi və bu pulu ailəsinin yeni ev alması üçün ilkin ödəniş etdi.
40 santimetr saçları qalan Nataşa, “Saçlarımı ilk kəsdirən zaman ağladım. Amma indi saçlarımı yumağım yalnız 10 dəqiqə davam edir” deyib.