Saç və dırnaqları daş kimi möhkəm edən səhər yeməyi – Canan Karatay, vitamin anbarını təklif etdibackend

Saç və dırnaqları daş kimi möhkəm edən səhər yeməyi – Canan Karatay, vitamin anbarını təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhər yeməyinin vazkeçilməz dadlarından biri olan omlet sağlam başlanğıc üçün ideal seçimdir. Üstəlik Canan Karatayın təklif etdiyi rozmarin omlet resepti dadı və sağlam tərkibi ilə seçilir.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, saç və dırnaq sağlamlığına da töhfə verən bu omletin tərkib hissələri və hazırlanmasını təqdim edir.

Ərzaqlar:

2 yumurta 1 çay qaşığı qurudulmuş rozmarin Kristal qaya duzu, qara bibər, çili bibəri, zirə 1 çay qaşığı kərə yağı Bir ovuc ağ pendir.

Yumurtaları bir qaba parçalayın və yaxşıca çalın.

Ocağın üzərinə polad omlet qabını qoyun, kərə yağı əlavə edin və orta istilikdə əridin. Tava isti olanda yumurtaları ərinmiş yağa tökün.

Yumurtalar azca bişməyə başlayanda qara bibər, çili bibəri, zirə və kristal qaya duzu əlavə edin. Sonda rozmarin səpin.

Alt hissəsi azca bişməyə başlayanda omleti hər iki tərəfdən içəri qatlayaraq rulon halına salın.

İçi çox bişməsin deyə bir müddət zəif odda saxlayın, sonra ocağı söndürün və omleti süfrəyə qoyun.