Sabunçunu su basıb, icra hakimiyyəti isə “maşınımız yoxdur” deyir – Fotobackend

Sabunçunu su basıb, icra hakimiyyəti isə “maşınımız yoxdur” deyir – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki gün fasiləsiz yağan yağışın fəsadları hələ də davam edir. Sabunçu rayonu Gültəkin Əsgərova 65 ünvanının sakinləri iki gündür suyun içində qalıb. Sakinlərin aidiyyəti dövlət qurumlarına etdiyi şikayətə baxan yoxdur.

Tribunainfo.az-a müraciət edən sakinlər bildirib ki, yağışın suyu hələ də çəkilməyib. Küçə, həyətlər, əksər evlər, evlərin zirzəmiləri dizə qədər su içindədir. Su çəkilmək əvəzinə daha da artır. Kanalizasiyanın suyunun da daşması səbəbindən ətrafı ifunət iyi bürüyüb.
Şikayətçilər bildirib ki, evini su basmış sakinlərin elektrik avadanlıqları, soyuducu, paltaryuyan maşınları sıradan çıxıb.
Qonşular iki gündür Sabunçu Rayon İcra Hakimiyyətinə, Kanalizasiya İdarəsinə və digər dövlət qurumlarına müraciət ediblər. Ancaq heç bir tədbir görülmür. Sakinlərin düşdüyü vəziyyətlə maraqlanan da yoxdur. Evlərdən çıxmaq mümkün deyil. Əraziyə taksi də gəlmir, avtobus da işləmir.

“Həyətin, evlərin suyunu çəkmək üçün maşın da göndərmirlər. Qonşularla yığılıb Kanalizasiya İdarəsinə, icra hakimiyyətinə getdik. Bizi yola verirlər. Sabunçu İcra Hakimiyyətindən deyirlər, iki maşınımız var, onlardan da biri işləmir”, – deyə sakinlər bildirib.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar