Bakıda neçə gündür günəşli hava müşahidə olunsa da, nə yolların suyu quruyub, nə də gölməçələr çəkilib. Aidiyyəti dövlət qurumları da iki gün davamlı yağan yağışın fəsadlarını aradan qaldırmaqda maraqlı olmadığı üçün əksər küçələr, həyətlər və evlər hələ də su içindədir.
Tribunainfo.az-a yazan Sabunçu rayonu Əliyar Əliyev küçəsinin sakinləri bildirib ki, artıq neçə gündür evlərindən çıxa bilmirlər. Küçənin bütün məhəllələri, döngələri su içindədir. Kanalizasiya belə suyu çəkmir. Sakinlərin Fövqəladə Hallar Nazirliyinə, Sabunçu Rayon İcra Hakimiyyətinə, Kanalizasiya İdarəsinə və digər aidiyyəti dövlət qurumlarına müraciətləri də nəticəsiz qalıb.
Sakinlər bildirib ki, nə uşaqlar məktəbə gedə bilir, nə də özləri işə. Çünki küçə boyunca hərəkət etmək mümkün deyil.
Sakinlərin göndərdiyi videonu təqdim edirik.
Nigar