SABUNÇU RAYONUNDAKI VAHİMƏLİ KEÇİD… İCRA PROBLEMLƏ MARAQLANMIR… – FOTObackend

SABUNÇU RAYONUNDAKI VAHİMƏLİ KEÇİD… İCRA PROBLEMLƏ MARAQLANMIR… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu Rayon İcra Hakimiyyəti illərdir bərbad vəziyyətdə olan Sabunçu dəmiryol stansiyasındakı piyada keçidinin durumu ilə maraqlanmır.

Tribunainfo.az-a bu barədə məlumat verən sakinlər bildirib ki, piyada keçidi baxımsız və bərbad vəziyyətdədir. Nə təmizliyinə riayət olunur, nə də mühafizəsi yoxudur. İşıqlandırması olmayan keçid axşam saatlarında vətəndaşların gediş-gəlişini daha da çətinləşdirir. İcra hakimiyyətini isə gözdən uzaq düşmüş bu keçidin aqibəti maraqlandırmır.

Sakinlər bildirib ki, illərdir bu vəziyyətdə olan keçidin alkapon üzlükləri sınıb tökülüb, yararsız hala salınıb. Keçidə nəzarət edilmir. Baxımsızlıq və nəzarətsizlikdən vahiməli yerə çevrilən keçiddən istifadə etməyə qorxanlar da var.

“Bura yaraşan “qara beton”dur, bəzəksiz”, – deyə izləyici vurğulayıb.

Tribunainfo.az