Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinə gedən yolda təhlükəli vəziyyət hökm sürür. İntensiv hərəkət olan və məktəblilərin də gediş-gəldiyi yolun kanal üzərində olan hissəsi artıq çökmək üzrədir.
Tribunainfo.az xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən yolda vəziyyət artıq 4-5 aydır ki, belədir. Səkini kanalla ayıran məhəccəri uzun müddətdir ki, aşıb. Üstəlik yolun bir hissəsi də çöküb.
Sakinlər bildirib ki, bu yol əhalinin, əsasən də məktəblilərin ən çox istifadə etdiyi yoldur. Sakinlər bildirib ki, bu 5 ay ərzində dövlət qurumlarından heç kəsin problemdən xəbəri yoxdur.
Gülşən