“Sabunçu keçidi”ndə iki nəfər boğularaq ölüb-YENİLƏNİB(VİDEO)backend

“Sabunçu keçidi”ndə iki nəfər boğularaq ölüb-YENİLƏNİB(VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribunainfo.az xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə  FHN Mətbuat xidmətindən bildirilib

.***

Bölgələrdə və paytaxt Bakıda yağan aramsız yağış ziyansız ötüşməyib.

Paytaxtın “Sabunçu keçidi” adlanan ərazisində tunelə su dolması nəticəsində iki nəfər suda boğularaq ölüb.

Xatırladaq ki, həmin tuneldə “Ford” markalı avtomobil də batıb.

Tribunainfo.az-nn məlumatına görə, onlardan birinin cəsədi FHN qüvvələri tərəfindən sudan çıxarılıb.

Batdığı ehtimal edilən digər şəxsin axtarışları davam edir.

Qeyd edək ki, hazırda ərazidə suyun çəkilməsi üçün işlər davam etdirilir.

Tribunainfo.az