Sabunçu Rayon İcra Hakimiyyəti məhkəməyə verilib.
Tribunainfo.az yazır ki, vətəndaş Vidadi İbrahimov icra hakimiyyəti ilə bağlı məhkəmədə iddia qaldırıb. Vətəndaş icra hakimiyyətinə etdiyi müraciətə baxılmadığı və tədbir görülmədiyi üçün bu addımı atıb.
Bakı Apellyasiya Məhkəməsində baxılacaq işin mahiyyəti inzibati orqanın hərəkətsizliyi ilə əlaqədar yaranmış mübahisə və torpaq mübahisəsi ilə bağlıdır.
İşə 18 oktyabr tarixində hakim Pərviz Hüseynovun sədrliyi ilə baxılacaq.