Sabunçu Dəmiryol Vağzalında eskalatorun işləməməsi sakinlərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-a müraciət edən sakinlər bildiriblər ki, bir aydan çoxdur qurğu işləmir.
“Bir aydan çoxdur ki, eskalator xarab olub. Onun işləməməsi gənclər üçün o qədər də bir fərq etməsə də, yaşlı insanların pilləkəni qalxmasına çətinlik törədir”, – deyə sakinlər bildirib.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu ünvanlanıb.










