Prezident İlham Əliyev Şabran Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib.
TİA.AZ xəbər verir ki, Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Hüseynov Asif Həbib oğlu 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalağayın kəndində anadan olub. Azərbaycan Texniki Universitetini iqtisadçı, Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib.
Əmək fəaliyyətinə başladığı dövrdən ARDNŞ-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda və ARDNŞ-ın Sosial İnkişaf İdarəsində müxtəlif vəzifələrdə çalışıb.
Sonuncu iş yeri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin rəis müavini vəzifəsi olub.
A.Hüseynov 2015-ci ildən bu günə qədər Siyəzənin icra başçısı idi.
İqtisad üzrə fəlsəfə doktorudur. Ailəlidir, üç övladı var.