Şabranda faiz mafiyası bir gəncin həyatına son qoydu

Şabranda faiz mafiyası bir gəncin həyatına son qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabranın Ərəblər kənd sakini, 25 yaşlı Nicat Fətullayev özünü öldürüb. O, faizlə aldığı pulu qaytara bilmədiyi üçün odlu silahla özünə atəş açaraq intihar edib.

Tribuna Gununsesi.info-ya istinadən xəbər verir ki, Nicat Fətullayev Şabranda Məhbubə adlı qadından faizlə pul alıb və geri qaytara bilməyib. Məhbubə və onun İbrahim adlı tanışı Nicat Fətullayevdən pulun faizlərini israrla tələb ediblər.

Ümumilikdə 800 manat faiz borcunu ödəyə bilməyən Nicat Fətullayev çıxış yolunu intihar etməkdə görüb. Faktla bağlı Şabran rayon Prokurorluğunda cinayət işi başlanıb.