Şabranda əkin sahələrinin yandırılmasına görə iki nəfər saxlanıldı

Şabranda əkin sahələrinin yandırılmasına görə iki nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabranda biçilmiş taxıl sahələrinin qəsdən yandırılmasına görə iki nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, yanğını rayon sakinləri – Ağaməmməd Heydərov və Abdulla Abdullayevin törətdiyi məlum olub. Onlar biçilmiş əkin sahələrini yandırdıqlarına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.

Hər iki şəxs məsuliyyətə cəlb olunub.