Şabranda dəhşətli hadisə: sevdiyi qız elə ki “hə” dedi… – ŞOK TƏFƏRRÜAT

Şabranda dəhşətli hadisə: sevdiyi qız elə ki “hə” dedi… – ŞOK TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şabran rayonunda 2001-ci il təvəllüdlü Əsəd qısqanclıq zəminində yaranan münaqişə zamanı həmyerlisi Daşqını (adlar şərti verilib – red.) öldürüb.
Əsəd satıcı işlədiyi “OBA” marketin Şabran şəhərində “Bazar” ərazisində yerləşən filialında sevgi münasibəti bəslədiyi satlcl yoldaşı, rayon sakini Rufanənin mağazada adminstrator işləmiş 1997-ci il təvəllüdlü Daşqınla səmimi münasibət saxladığını, ailələri arasında razılaşma olduğunu və gələcəkdə ailə quracaqlarını öyrənib.
Bu məsələyə birdəfəlik son qoymaq üçün o, Daşqını öldürmək qərarına gəlib. Cinayətkar niyyətini həyata keçirmək məqsədilə işlədiyi “OBA” marketin filialının mətbəxindən bıçaq götürüb və 15 iyun 2022-ci ildə saat 22 radələrində Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbin idman meydançasında Daşqınla təyin etdikləri görüş yerinə gəlib.
Orada baş vermiş və sonra əlbəyaxa davaya çevrilmiş mübahisə zamanı Daşqını yumruqla vurub. Sonra isə bıçaqla bədənin müxtəlif nahyyələrinə zərbələr yetirib. Daşqın aldığı xəsarətlərdən vəfat edib.
“Səmimi münasibətini gördüm, soruşdum ki…”
İstintaq orqanı tərəfindən Əsədin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Şabranda atası, anası, qardaşları ilə birlikdə yaşayır: “2021-ci ildən “OBA” marketdə satıcı işləyirəm. Mənimlə marketdə satıcı işləyən Rufanə ilə sevgi münasibətim olub. Müxtəlif vaxtlarda görüşərək danışmışıq.
Daşqın marketdə əvvəllər adminstrator işləyib, onu iş yerimdə tanımışam. Daşqının sevdiyim Rufanə ilə səmimi münasibətini gördüm. Ondan Rufanəyə hər hansı bir istəyinin olub-olmamasını soruşdum. O, belə bir şey olmadığını bildirdi”.
“Telefon yazışmalarını göstərdi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Daşqın təxminən hadisədən 4-5 ay əvvəl marketdən çıxıb və Sumqayıt şəhərində tikinti sahəsində işləyib: “Mən isə “OBA” marketin Şabran şəhər mərkəzi bazarında yerləşən filialında və daha sonra “3 sotlar” adlanan filialında işimə davam etdim. Bu söhbətlərdən sonra Rufanə ilə münasibətim soyudu.
Daşqın Rufanəyə hadisədən 2 ay öncə hərilənib, sonra isə onların münasibəti pisləşib. Təxminən hadisədən 15-20 gün öncə Daşqınla Rufanə barədə yenə söhbətlərimiz oldu. O, Rufanəni sevdiyini dedi və onunla olan telefon yazışmalarını göstərdi. Öz növbəmdə mən də Rufanə ilə olan telefon yazışmalarını ona göstərdim. Rufanənin mənimlə də danışdığını bildirdim”.
“Mənim “cındırlıq” elədiyimi bildirdi”
Əsədin ifadəsinə görə, 15 iyun 2022-ci ildə saat 17 radələrində Daşqın istifadəsində olan mobil nömrəsinə zəng edib, Sumqayıt şəhərindən çıxdığını, onunla söhbət etmək istədiyini deyib:
“Daşqına işdən sonra onunla görüşə biləciyimi dedim. O, yenidən saat 21 radələrində mənim mobil telefonuma zəng edərək Şabran şəhərində olduğunu, 1 saylı orta məktəbin idman meydançasında məni gözlədiyini söylədi. Təxminən saat 22.15-də Daşqının zor tətbiq edə biləcəyindən ehtiyat edərək işlədiyim marketin mətbəx sahəsindən bıçağı götürdüm, onun dediyi yerə getdim.
Oraya çatanda Daşqının tək olduğunu gördüm. Daşqın məni nalayiq söyüşlər söydü, mənim “cındırlıq” elədiyimi bildirdi. Yumruqla sol üz nahiyəmdən vurdu. Qarşılığında Daşqının sağ üzündən yumruqla vurdum və özümlə gətirdiyim bıçağı belimdən çıxararaq əvvəl onun sol qoluna bıçaqla xəsarət yetirdim.
Daşqın bıçağı görərək cibindən açılıb-bağlanan bıçaq çıxardı Mənim sağ ayağıma və sol çiyin nahiyəmə bıçaqla vuraraq yüngül xəsarətlər yetirdi. Onun bu hərəkətinə görə yenidən bıçaqla onun sol qarın nahiyəsinə, sonra isə sinəsinə zərbələr endirdim. Onun sinəsinə endirdiyim zərbədən sonra yerə yıxıldığını gördüm.
Öldüyünü bildikdə bıçağı idman meydançasına atdım. Oradan uzaqlaşaraq yaşadığım evə getdim. Evdə valideynlərimə Daşqını bıçaqla vurüb öldürdüyümü bildirdim. Valideynlərimlə vidalaşdım və Şabran Rayon Polis Şöbəsinə gedərək məlumat verdim”.
“Oğlum Rufanəylə nişanlanacaqdı”
İş üzrə zərərçəkmiş Daşqının hüquqi varisi qismində ifadə verən anası Ramilənin sözlərinə görə, oğlu “OBA”da işləyən zaman iş yoldaşı Rufanədən xoşu gəlib: “Ailəvi olaraq Rufanəgilə getdik. Onun ailəsi ilə danışıb razılaşdıq.
Oğlumla Rufanə nişanlanacaqdı. Bir müddət sonra Rufanə Əsədlə də danışmağa başladı. Oğlum bundan xəbər tutdu və Əsədlə bunu dəqiqləşdirmək üçün görüşdülər. Daha sonra aralarında mübahisə yarandı. Əsəd də oğlumu öldürdü”.
“Qız dedi, artıq “hə” vermişik”
Təqsirləndirilən şəxsin atası Musanın sözlərinə görə, oğlu 2021-ci ilin son aylarından Şabran şəhərində “OBA” marketdə satıcı kimi işə başlayıb və hadisə baş verən günə kimi orada işləyib: “Təxminən 2021-ci ilin dekabrında arvadım Sənəmdən eşitdim ki, Əsəd iş yoldaşı Rufanə adlı qızı sevir və onunla ailə qurmaq istəyir. Bunu eşitdikdə Əsədlə söhbət etdim. Qızın ondan yaşca böyük olduğunu bildim, hələ cavan olduğunu, gələcəkdə bu barədə fikirləşəcəyimizi söylədim.
Sonradan eşitdim ki, Əsədin işlədiyi marketdə adminstrator olan Daşqınla aralarında Rufanəyə görə söz-söhbət olub. Həmin ərəfələrdə Daşqının ailəsi Rufanədən “hə” alıb. Arvadım Rufanənin işlədiyi marketə gedərək onlara elçi getmək istədiyimizi bildirdi. Rufanə isə artıq ailəsinin başqa oğlana “hə” verdiyini, bunun mümkün ola biləməyəcəyini dedi”.
Musa qeyd edib ki, iyunun 15-də, saat 24 radələrində Əsəd həyəcanlı şəkildə evə gəlib və anası Sənəmə Daşqını məktəbin həyətində bıçaqla vurduğunu, ola bilsin ki, öldüyünü deyib: “Əsəddən hansı səbəbə görə bunu etdiyini soruşdum. Daşqınla Rufanəyə görə söhbətinin olduğunu, bu səbəbdən işdən götürdüyü bıçaqla ona xəsarətlər yetirərək öldürdüyünü dedi”.
“Əsədin pis vərdişi vardı”
Şahid qismində adı keçən Rufanənin sözlərinə görə, təqsirləndirilən Əsədlə iş yoldaşı olublar: “Əsədin anası oğlunun mənə qarşı hissləri barədə bildirdi. Mən də ailəmin Daşqının ailəsi ilə razılaşdığını söylədim.
Eyni zamanda Əsədin pis vərdişlərə başlamasına görə ondan uzaqlaşdığımı dedim. Mən Daşqını Əsəddən əvvəl tanımışam. Daşqını tanıdıqdan 1 həftə sonra Əsəd işə başlayıb. Həmin vaxtadək Daşqınla sadəcə iş yoldaşı olmuşuq”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əsəd 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. /Teleqraf.com/