Şabranda 4 nömrəli məktəb bağlanır? – Valideynlər NARAZIDIR -VİDEO

Şabranda 4 nömrəli məktəb bağlanır? – Valideynlər NARAZIDIR -VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər valideynlərin narazılığına səbəb olub

. Tribunainfo.az xəbər verir ki, söhbət Şabran şəhəri, Məmmədağa Nəzirov adına 4 nömrəli məktəbdən gedir.

Yayılan xəbərləri eşidən valideynlər təhsil ocağına  gələrək etiraz ediblər.

Valideynlərin sözlərinə görə, məktəb, lisey kimi fəaliyyət göstərəcək.Təhsil müəssisində  yalnız 10-11 siniflər təhsil alacaq. Kiçik siniflərin şagirləri isə müxtəlif məktəblərə köçürüləcək. Bu isə onları qane etmir.

Yayılan iddialarla bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən münasibət bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.