Şabranda 29 yaşlı kişini avtomobil vuraraq öldürübbackend

Şabranda 29 yaşlı kişini avtomobil vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, noyabrın 19-u saat 00:10 radələrində Bakı- Quba-Dağıstan sərhədi yolunun 107-ci kilometrliyində Siyəzən rayon sakini Xanbaba İbrahimov idarə etdiyi “KİA” markalı avtomobil ilə eyni istiqamətdə sağdan sola yolu keçən piyada – 1994-cü il təvəllüdlü Xaçmaz şəhər sakini Hüseynağa Qəribovu vurub. H.Qəribov hadisə yerində ölüb.

 

X.İbrahimov hadisə yerindən yayınıb, daha sonra isə özü Siyəzən RPŞ-ə gedərək hadisə barədə məlumat verib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.