Şabranda 17 yaşlı qız itkin düşüb

Şabranda 17 yaşlı qız itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabran rayonu ərazisində yaşayan 17 yaşlı Aytən Ömərova 2025-ci il iyunun 19-da Bakıda yaşayan xalasıgilə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 – Xidməti Zəng Mərkəzi”nə, həmçinin Şabran Rayon Polis Şöbəsinin (2335) 3-27-23 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.