Şabran Rayon Mərkəzi Xəstəxanası “Azəriqaz”ı məhkəməyə verdibackend

Şabran Rayon Mərkəzi Xəstəxanası “Azəriqaz”ı məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz” İstehsalat Birliyi ilə bağlı növbəti dəfə məhkəməyə müraciət olunub.

Tribunainfo.az xəbər verir ki, “Azəriqaz”la bağlı iddianı Şabran Rayon Mərkəzi Xəstəxanası qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Mübahisə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrədir.

İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 15 noyabr tarixində hakim Vüsalə Baxışovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən “Azəriqaz” İB sədri Azər Məmmədovdur. O, bu vəzifəyə bu ilin mart ayında təyin edilib.

İddianı qaldıran Şabran RMX-nın direktoru Səxavət Cəbrayılovdur.

Tərəfləri dinləməyə hazırıq.

Nigar